"Qarabağ Futbol Klubu" 2024-cü ilin maliyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, futbol klubu ili ötən ili 876,9 min manat zərərlə bitirib. Xatırladaq ki, 2023-cü ildə klubun zərəri isə cəmi 1 milyon 782,3 min manat idi. Beləliklə, son bir ildə klubun zərəri 905,4 min manat, başqa sözlə 2 dəfə azalıb.
Hesabata əsasən, ötən il "Qarabağın"nin cəmi əməliyyat gəliləri 34 milyon 754 min manat olub ki, onun da 28 milyon 155 min manatı nümayiş hüququndan daxil olmaların 466,1 min manatı sponsor və reklamlardan gələn gəlirlərin, 1 milyon 742 min manatı bilet satışının, 831 min manatı sair gəlirlərin, 3 milyon 560 min manatı isə Futbolun İnkişafı Fondundan daxilolmaların hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat gəliləri 12 milyon 794 min manat (83%) artıb, sponsor və reklamlardan gələn gəlirlər 90,9 min manat (16,3%), bilet satışından gəlirlər 29 min manat (1,6%) azalıb, sair gəlirlər 9 milyon 879 min manat (12,9 dəfə) azalıb, Futbolun İnkişafı Fondundan daxilolmalar 1 milyon 142 min manat (47%) artıb.