"Neftqazmaş" ASC ötən ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ASC ötən il 3 milyon 958 min manat aktivlərə malik olub. Aktivlərdə son bir il ərzində 807 min manat və ya 25,6% artım baş verib.
Hesabat dövründə şirkətin öhdəlikləri 519 min manat və ya 48,2% artaraq 1 milyon 595 min manata yüksəlib.
Balans kapitalı isə 2 milyon 363 min manat olub ki, bu da illik müqayisədə 288 min manat və ya 13,9% artım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmi 495 min manat (2,5 dəfə) azalaraq 338 min manata düşüb.