“Maybo” MMC 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2023-cü ildə satışdan 10 milyon 597 min manat gəlir əldə edib, 7 milyon 968 min manat maya xərci çəkib. Nəticədə ümumi mənfəəti 2 milyon 629 min manata bərabər olub.
İllik müqayisə ilə satışdan gəlirlər 1 milyon 388 min manat (15,1%), satışın maya dəyəri 837 min manat (11,7%), ümumi mənfəət isə 551 min manat (26,5%) artıb.
Şirkətin ümumi və inzibati xərcləri 877 min manata bərabər olub ki, bu da illik müqayisə ilə 79 min manat (8,3%) azdır.
Cəmi əməliyyat xərcləri 218 min manat və ya 20% azalaraq 873 min manata düşüb.
Bu göstəricilərin nəticəsində şirkətin xalis əməliyyat mənfəəti 769 min manat və ya 78% artaraq 1 milyon 756 min manata yüksəlib.
Maliyyə xərcləri 30 min manat təşkil təşkil edib ki, bu da son bir il ərzində 16,7% azalma deməkdir..
Nəticədə, bütün gəlir və xərclər fərqindən və 365 min manatlıq mənfəət vergisi ödənişindən sonra “Maybo” MMC-nin xalis mənfəəti 552 min manat və ya 68% artaraq 1 milyon 361 min manata bərabər olub. Mənfəət vergisi ödənişi isə 223 min manat (2,6 dəfə) artıb.
“Maybo” MMC ötən il 9 milyon 155 min manat cəmi aktivlərə, 4 milyon 192 min manat cəmi öhdəliklərə və 4 milyon 963 min manat kapitala malik olub.
İllik müqayisədə aktivlər 2 milyon 479 min manat (37,1%), öhəliklər, 1 milyon 301 min manat, kapital isə 1 milyon 178 min manat (31,1%) artıb.