"İxracın və İnvestisiyaların Təşviqi Agentliyi" (Azpromo) 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, agentlik ötən il 6 milyon 158 min manat cəmi gəlir əldə edib. Gəlirlərin 5 milyon 983 min manatı qeyri-birja əməliyyatlarından olan, 175,4 min manatı isə sair əməliyyat gəlirlərdir.
İllik müqayisə ilə cəmi əməliyyat gəlirləri 2 milyon 304 min manat (59,8%), qeyri-birja əməliyyatlarından gəlirlər isə 2 milyon 129 min manat (55,2%) artıb. Agentliyin 2022-ci ildə sair əməliyyat gəlirləri olmadığı üçün cəmi gəlirtlər və qeyri-birja əməliyyatlarından olan gəlirlər bərabər 3 milyon 854 min manata bərabər olub.
"Azpromo"nun cəmi xərcləri 6 milyon 187 min manat olub ki, onun da 43,6 min manatı sərf edilmiş materialların dəyəri, 4 milyon 656 milyon mantı əmək haqqı, 191, 1 min manatı amortizasiya xərclərinin, 1 milyon 297 min manatı isə sair əməliyyat xərclərinin payına düşüb.
2022-ci ildə agentliyin sərf edilmiş materialların dəyəri və amortizasiya xərcləri olmayıb, illik müqayisədə cəmi xərclər 3 milyon 558 min manat (2,4 dəfə), əmək haqqı xərcləri 2 milyon 216 min manat (90,8%), sair əməliyyat xərcləri isə 1 milyon 108 min manat və ya 6,9 dəfə artıb.
Agentlik 2022-ci ili 1 milyon 225 min manat mənfəətlə tamamlasa da xərclərin kəskin artması fonunda ötən ili 29,1 min manat zərərlə tamamlayıb.
"İxracın və İnvestisiyaların Təşviqi Agentliyi" 1 milyon 213 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 1 milyon 8 min manat və ya 45,9% azalıb.
Öhdəliklər 978,6 min manat və ya 57,6 dəfə azalaraq 17,3 min manata düşüb.
Balans kapitalı isə 29 min manat (2,4%) azalaraq 1 milyon 196 min manata düşüb.
Hesabatla daha ətraflı tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.