"Green Food Group" QSC 2023-ci ilin maliyyə vəziyyəti barədə nəticələrini elan edib.
FED.az xəbər verir ki, QSC 2023-ci ildə 1 milyon 577 min manat əməliyyat gəliri əldə edib. Bu 2022-ci ilə müqayisədə 260 min manat, başqa sözlə 20% çoxdur.
Satışın maya dəyəri isə 767 min manat olub ki, bu da illik müqayisədə 55 min manat və ya 8% artım deməkdir
. Beləliklə, şirkətin ümumi mənfəəti 810 min manata bərabər olub. Bu da 2022-ci ildəki ümumi mənfəətdən 204 min manat və ya 34% çoxdur.
Hesabat dövründə əməliyyat mənfəətinin həcmi 204 min manat (34%) artaraq 810 min manata yüksəlib.
Şirkətin inzibati xərcləri isə 170 min manat olub ki, bu da illik 22 min manat (15%) çoxdur.
Mənfəət vergisi xərci son bir ildə 6 min manat, başqa sözlə 8% artaraq 82 min manata çatıb.
"Green Food Group" 2023-ci ili 327 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ili isə 303 min manat xalis mənfəətlə bitirmişdi. Bu da xalis mənfəətin bir il ərzində 24 min manat, başqa sözlə 8% artması deməkdir.
"Green Food Group" QSC 2022-ci ildə 6 milyon 754 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 84 min manat (1%) azalıb.
QSC-nin öhdəlikləri 379 min manat (3%) azalaraq 392 min manata düşüb.
Balans kapitalı 6 milyon 375 min manatdan 6 milyon 446 min manata düşüb (71 min manat və ya 1% azalma)