«Baku Food Center» QSC 2023-cü ilin maliyyə nəticələrini elan edib.
FED.az xəbər verir ki, QSC 2023-ci ildə 579,3 min manat əməliyyat gəliri əldə edib. Bu 2022-ci ilə nisbətən 158,3 min manat və ya 37,6% artıqdır.
Satışın maya dəyəri isə 332,9 min manat olub ki, bu da illik müqayisədə 33,4 min manat və ya 11,2% artım deməkdir
Beləliklə, şirkətin ümumi mənfəəti 246,4 min manata bərabər olub. Bu da 2022-ci ildəki ümumi mənfəətdən 124,9 min manat və ya 2 dəfə çoxdur.
İnzibati xərclər bu dövrdə 90,4 min manata bərabər olub. Bu əvvəlki ildən 28,4 min manat və ya 45,8% çoxdur.
Hesabat dövründə əməliyyat mənfəətinin həcmi 96,8 min manat (2,6 dəfə) artaraq 156 min manata yüksəlib.
Mənfəət vergisi xərcləri son bir ildə 4,4 min manat, başqa sözlə 44% artaraq 14,5min manata çatıb.
Nəticədə "Baku Food Center" 2023-ci ili 57,9 min manat xalis mənfəətlə başa vurub. Bu 2022-ci illə müqayisədə 14,1 min manat və ya 32,2% artması deməkdir.
"Baku Food Center" QSC 2023-cü ildə 167,7 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 46,7 min manat və ya21,8% azalıb.
Bunun böyük hissəsi - 4,3 milyon manatı bina və qurğulardır.
QSC-nin öhdəlikləri isə 7,9 min manat (5,6%) azalaraq 131,7 min manata düşüb.
2023-cü ildə QSC-nin balans kapitalında da kəskin (2 dəfə) azalma baş verib. Belə ki, kapital 38,8 min manat azalaraq 36 min manata düşüb.
Bölüşdürülməmiş mənfəət 34 min manata bərabər olub. Bu da 2022-ci ildən 5 min manat (17,2%) çoxdur.