"Ferrum Kapital" QSC-nin cari ilin birinci yarısı üzrə akitvləri təxminən 5% azalıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin aktivləri ilk yarım ili 65 milyon 896,4 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 749 min manat. başqa sözlə 5,4% azdır.
Belə ki, "Ferrum Capital" QSC-nin 2022-ci ilin birinci yarısında aktivləri 69 milyon 645,4 min manat olmuşdu.