"Ferrum Capital" QSC-nin carilin birinci yarısı üzrə komissiya gəlirləri təxminən 12% artıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin komissiya gəlirləri ilk yarım ili 8 milyon 297,2 min manata yaxın mənfəətlə başa vurub.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 352,3 min manat, başqa sözlə 11,5% çoxdur.
Belə ki, "Ferrum Capital" QSC-nin 2022-ci ilin birinci yarısında komissiya gəlirləri 7 milyon 440,7 min manatdan çox olmuşdu.