"Ferrum Capital" QSC-nin carilin birinci yarısı üzrə xalis mənfəəti təxminən 15% azalıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət ilk yarım ili 2 milyon 17 min manata yaxın mənfəətlə başa vurub.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 352,3 min manat. başqa sözlə 14,9% azdır.
Belə ki, "Ferrum Capital" QSC-nin 2022-ci ilin birinci yarısında xalis mənfəəti 2 milyon 369,2 min manata yaxın olmuşdu.