"Ceremony Hall" QSC 2022-ci ilin maliyyə nəticələrini elan edib.
FED.az xəbər verir ki, QSC 2022-ci ili 190,9 min manat xalis mənfəətlə başa vurub. Hesabat dövründə şirkət mənfəət vergisi ödəməyib.
"Ceremony Hall" QSC 2022-ci ildə 1 milyon 424,7 min manat əməliyyat gəliri əldə edib. Satışın maya dəyəri isə 1 milyon 55,6 min manat təşkil edib. Beləliklə, şirkətə 369,1 min manat ümumi mənfəət qalıb.
Əməliyyat mənfəətinin həcmi 352,1 min manat təşkil edib.
Şirkətin inzibati xərcləri isə 17 min manat olub.
"Ceremony Hall" QSC 2022-ci ildə 4 milyon 813 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 288 min manat (6,4%) artıb.
QSC-nin öhdəlikləri 95 min manat (2,1%) artıb və 4 milyon 620 min manat təşkil edib.
Balans kapitalı 90 manatdan 192,2 min manata yüksəlib.
Bu dövrdə şirkətin bölüşdürülməmiş məbləğinin həcmi 190 min 882 manat olub.
Nizamnamə kapitalı 22,2 dəfə artırılaraq 90 manatdan 2 000 manata çatdırılıb.