“Baku Food Center” QSC-nin 2022-ci il üzrə maliyyə nəticələri məlum olub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir şirkət 2022-ci ili 43,8 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət son bir ildə 21,3 min manat (94,5%) artıb. Bu dövrdə şirkət 10,9 min manat mənfəət vergisi ödəyib.
“Baku Food Center” QSC-nin əsas əməliyyat gəlirləri 421 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 93,5 min manat (28,5%) artıb.
Satışın maya dəyəri isə 299,5 min manat olub. Bu da illik müqayisədə 55,6 min manat (22,8%) çoxdur.
Bununla da, QSC-yə 121,4 min manat ümumi mənfəət qalıb ki, bu da 2021-ci ilə nisbətən 37,8 min manat (45,2%) çoxdur.
İnzibati xərclər 14,3 min manat və ya 30% artaraq 62 min manata yüksəlib.
Əməliyyat mənfəəti isə 23,3 min manat, başqa sözlə 64,9% artaraq 59,2 min manata çatıb.
“Baku Food Center” QSC 2022-ci ildə ümumilikdə 214,4 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 49,8 min manat və ya 18,8% azalıb.
Öhdəliklər isə 67,8 min manat və ya 32,7% azalaraq 139,6 min manata düşüb.
Balans kapitalı 74,8 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 18 min manat və ya 31,7% çoxdur.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 3,5 min manat, başqa sözlə, 10,5% azalaraq 29,9 min manata düşüb.
Nizamnamə kapitalı 2,2 dəfə artırılaraq 900 manatdan 2 000 manata çatdırılıb.