"BOA Agency" 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2023-cü ili 2 milyon 411 min manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki illə müqayisədə 1 milyon 595 min manat və ya 3 dəfə çoxdur.
Hesabat dövründə şirkət mənfəət vergisi ödəmələrini də 3 dəfə və ya 399 min manat artırıb. Belə ki, 2023-cü ildə 204 min manat mənfəət vergisi ödənilib.
"BOA Agency"nin 2023-cü ildə əsas əməliyyat gəlirləri 8 milyon 15 min manat, xərcləri 5 milyon 82 min manat olub.
İllik müqayisədə gəlirlər 3 milyon 286 min manat (69,5%), xərclər isə 1 milyon 373 min manat (37%) artıb.
"BOA Agency" ötən ilin sonunda 128 milyon 77 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 118 milyon 169 min manat, başqa sözlə 13 dəfə artıb.
Öhdəliklər 119 milyon 230 min manat, başqa sözlə 14,6 dəfə artaraq 127 milyon 968 min manata yüksəlib.
Balans kapitalında isə əksinə kəskin azalma baş verib. Belə ki, cəmi kapital 109 min manat olub ki, bu 2022-ci ilin göstəriciləri müqayisədə 10,7 dəfə azdır.