"Avtomotervis" ASC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər veriri şirkət, ötən ili 32,1 min manat xalis mənfəətlə başa vurub. Lakin 2022-ci ildə bu göstərici 43,7 min manat idi. Beləliklə xalis mənfəət son bir ildə 11,6 min manat və ya 26,5% azalıb.
Hesabat dövründə şirkət 8 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 2,9 min manat (26,6%) azdır.
Bu dövrdə şirkətin əsas əməliyyat gəlirləri 453,6 min manat, satışın maya dəyəri, 380,3 min manat, ümumi mənfəəti 73,3 min manat olub.
İllik müqayisədə əsas əməliyyat gəlirləri 15,8 min manat (3,6%), satışın maya dəyəri, 29,4 min manat (8,4%) artıb, ümumi mənfəəti 13,6 min manat (15,7%) azalıb.
Sair əməliyyat gəlirləri 8 ,5 min manat, xərcləri 8,1 min manat, inzibati xərcləri 33,5 min manat olub. Ötən il sair əməliyyat gəlirləri və xərcləri olmayıb, inzibati xərclər isə 1,2 min manat (3,7%) artıb.
Əsas əməliyyat mənfəəti isə 14,5 min manat (26,5%) azalaraq 40,2 min manata düşüb
."Avtomotoservis" ASC ötən il 550,2 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 22,2 min manat və ya 3,9% azalıb.
Şirkətin öhdəlikləri 22,3 min manat başqa sözlə 44% azalaraq 28,4 min manata düşüb.
Balans kapitalı isə dəyişməyib və 521,8 min manat olaraq qalıb.
Xəbər yenilənəcək...