Maliyyə Monitorinqi Xidməti ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, qurum 2023-cü ilə 4 milyon 324 min manat gəlir əldə edib . Əvvəlki il bu göstərici 2 milyon 751 min manat olub.
Beləliklə gəlirlərdə son bir ildə 1 milyon 571 min manat 57% artıb.
Bununla belə, ötən il qurumun xərcləri də elə bu qədər olub. Xərclər illik müqayisədə 1 milyon 574 min manat və ya 57% artıb.
Belə ki, işçi heyəti üzrə xərclərə 3 milyon 771 min manat, inzibati və digər xərclərə 425 min manat, amortizasiyaya 128 min manat yönəldilib.
İllik müqayisədə işçi heyəti üzrə xərclər 1 milyon 331 min manat (55%), inzibati və digər xərclər 7,9 min manat (7%), amortizasiya xərcləri 235,2 min manat (2,2 dəfə) artıb.
Maliyyə Monitorinqi Xidməti ötən il 10 milyon 804 min manat aktivlərə malik olub. 2022-ci ildə isə aktivləri 8 milyon 14 min manat olub ki, bu da illik müqayisədə 2 milyon 790 min manat və ya 35% artım deməkdir. Bunun 5 milyon 866 min manatı uzunmüddətli, 3 milyon 48 min manatı isə qısamüddətli aktivlərdir.
Hesabat tarixinə xidmət 7 milyon 577 min manatlıq cəmi öhdəliklərə, 3 milyon 227 min manatlıq cəmi kapitala, o cümlədən 10 min manatlıq nizamnamə kapitalına malik olub.
İllik müqayisədə öhdəliklər 2 milyon 789 min manat və ya 58% artıb, balans və nizamnamə kapitalı isə dəyişməyib.