2023-cü ilin yanvar-avqust aylarında "Best Logistik" MMC 31,9 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Best Logistik" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 5-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 29,1 milyon dollar 11,4 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Best Logistik" MMC 2,8 milyon dollar dəyərində məhsul ixrac edib.