2023-cü ilin yanvar-avqust aylarında "Azərbaycan İnternational Mayninq Kompani Limited Şirkəti"nin AR-ndakı nümayəndəliyi 44,4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, həmin şirkət qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 4-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 23,2 milyon dollar (34,1%) azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində şirkət 68 milyon dollar dəyərində məhsul ixrac edib.