"Azİnvest İnşaat" QSC 2023-ci ili 2 milyon 812 min manat xalis mənfəət ilə başa vurub.
FED.az xəbər verir ki, şirkət 2022-ci ili 1 milyon 868 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azİnvest İnşaat"ın xalis mənfəəti 944 min manat və ya 50,5% artıb. Xalis mənfəətin artması satışdan gəlirlərin yüksəlməsi ilə əlaqədardır.
Hesabat dövründə inşaat şirkəti 703 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 236 min manat (50,5%) çoxdur.
"Azİnvest İnşaat" QSC əsas əməliyyat gəlirləri və ümumi mənfəəti 38 milyon 78 min manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 12 milyon 137 min manat və ya 46,8% çoxdur.
Sair əməliyyat gəlirləri 88,4 min manat və ya 52,2% artaraq 257,6 min manata yüksəlib.
İnşaat şirkətinin kommersiya xərcləri 16 milyon manat, sair əməliyyat xərcləri 18 milyon 821 min manat, işçi heyəti üzrə xərcləri 3 milyon 102 min manat, amortizasiya xərcləri 1 milyon 255 min manat, cəmi əməliyyat xərcləri 34 milyon 821 min manat təşkil edib. İllik müqayisə ilə kommersiya xərcləri 5 milyon 540 min manat (53%), sair əməliyyat xərcləri 5 milyon 505 min manat (41,3%), işçi heyəti üzrə xərcləri 1 milyon 434 min manat (86%), amortizasiya xərcləri 556 min manat (79,5%), cəmi əməliyyat xərcləri 11 milyon 44 min manat (46,5%) artıb.
Bu dövrdə əməliyyat mənfəəti 1 milyon 515 min manat və ya 50,5% artaraq 3 milyon 515 min manata bərabər olub.
"Azİnvest İnşaat" QSC ötən il 17 milyon 986 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 5 milyon 453 min manat və ya 43,5% artıb.
Şirkətin öhdəlikləri 5 milyon 36 min manat və ya 50,2% artaraq 15 milyon 69 min manata çatıb.
Balans kapitalı isə 2 milyon 916 min manata bərabər olub ki, bu da son bir il ərzində 416 min manat artım deməkdir.