“Suraxanı Maşınqayırma Zavodu” ASC 2023-cü il dekabrın 31-nə audit yoxlamasının nəticəsi barədə yekun maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 440 min manat xalis mənfəətlə başa vurub.
2022-ci ildəki, mənfəət isə 376 min manat idi. Beləliklə şirkətin mənfəəti 64 min manat və ya 17% artıb.
Şirkət bu dövrdə 110 min manat mənfəət vergisi ödəyib ki, bu da son bir ildə 16 min manat (17%) artım deməkdir.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 8 milyon 327 min manat, satışın maya dəyəri isə 6 milyon 775 min manat olub. Gəlirlər son bir ildə 642 min manat (8,4%), satışın maya dəyəri isə 779 min manat (13%) artıb
Beləliklə, şirkətin ümumi mənfəəti 1 milyon 551 min manat təşkil edib ki, bu da illik müqayisədə 138 min manat və ya 8,2% azalıb.
“Suraxanı Maşınqayırma Zavodu” ASC-nin 2023-cü ildə ümumi və administrativ xərcləri 190 min manat və ya 16,9% azalaraq 934 min manata düşüb. .
“Suraxanı Maşınqayırma Zavodu” ASC ötən il 10 milyon 399 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 585 min manat və ya 6% artıb.
Şirkətin öhdəlikləri 340 min manat və ya 7,1% artaraq 5 milyon 102 min manata düşüb.
Şirkətin balans kapitalı 5 milyon 292 min manat təşkil edib. Ötən illə müqayisədə bu göstərici 246 min manat və ya 4,9% artıb.
Bölüşdürülməmiş mənfəət də son bir ildə 246 min manat (98,8%) artıb və 495 min manata çatıb.