Azərbaycanda spirti və spirtsiz içkilərin istehsalçısı “AZGRANATA” MMC 2023-cü ilİ 2 milyon 146 min manat xalis zərərlə başa vurub.
FED.az xəbər verir ki, şirkət keçən il 30 milyon 186 manat əməliyyat gəliri əldə edib.
Satışın maya dəyəri üzrə xərclər isə 17 milyon 315 min manat təşkil edib.
Bununla da, gəlir və xərclərin göstəriciləri fonundan ümumi mənfəət 12 milyon 871 min manat olub.
Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri 532 min manata yaxın olub. 3 milyon 260,5 min manat kommersiya, 12 milyon 209 min manat inzibati və 79,8 min manat sair əməliyyat xərclərindən sonra "Azgranata" 2 milyon 146 min manat əməliyyat zərəri edib. Bu göstərici həm də 2023-cü ilin yekununa görə xalis zərər göstəricisi də olub.
2023-cü ilin sonuna görə "Azgranata" 106 milyon 639 min manat cəmi aktivlərə və 108 milyon 464 min manat cəmi öjhdəliklərə malik olub.
Şirkətin balansında 23 milyon 409 min manatlıq yığılmış zərəri olub. 21 milyon 582 min manatdan çox nizmanamə kapitalı olmasına baxmayaraq zərərin çoxluğu səbəbilə şirkətin balans kapitalı 1 milyon 825,5 min manat kəsirlə üzləşib.
Şirkətin maliyyə hesabatı yalnız 2023-cü il üzrə təqdim edildiyindən və açıq məlumatlarda öncəki illərin əsas rəqəmləri göstərilmədiyindən müqayisə etmək mümkün olmayıb.