"Azenco" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 4 milyon 415 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili nə mənfəət, nə də zərər açıqlamayıb.
2022-ci ildə 40 milyon 620 min manat ikən, 2023-cü ildə 32 milyon 473 min manata düşüb. Bu da gəlirlərin son bir il ərzində 8 milyon 147 min manat və ya 20% azalma deməkdir.
Satışlar və xidmətlərin maya dəyəri isə 2 milyon 415 min manat (9%) artaraq 28 milyon 286 min manata yüksəlib.
Bununla belə, bu dövrdə 2023-cü ildə şirkətin ümumi mənfəəti 4 milyon 187 min manata bərabər olub ki, bu da son bir il ərzində 10 milyon 563 min manat (3,5 dəfə) azalma deməkdir.
Hesabat dövründə "Azenco"nun maliyyə gəlirləri 553,5 min manat,sair gəlirləri 280 min manat, inzibati və sair əməliyyat xərcləri 81,1 min manat, sair xərcləri 142 min manat, əməliyyat mənfəəti 4 milyon 797,2 min manat, faiz xərcləri 223,4 min manata bərabər olub.
Son bir ildə "Azenco"nun maliyyə gəlirləri 910 min manat (2,6 dəfə), sair gəlirləri 23 milyon 934,8 min manat (86,5 dəfə), inzibati və sair əməliyyat xərcləri 21 milyon 492,5 min manat (266 dəfə), əməliyyat mənfəəti 14 milyon 57,2 min manat (3,9 dəfə) azalıb, faiz xərcləri 127,1 min manat (2,3 dəfə) artıb.