"Azesteelcompany" ASC 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin 20 milyon 592 min manat olub. Gəlirlər son bir ildə 8,4 dəfə artıb.
Satışların maya dəyəri isə 19 milyon 928 min manat olub. Satışın maya dəyəri son bir ildə 10,7 dəfə artıb.
Ötən il "Azesteelcompany"nin ümumi mənfəəti 663 min manat olub. Bu da illik müqayisədə 78,6 min manat 13,5% artıb.
Ötən il "Azesteelcompany"nin inzibati xərcləri 20,3 dəfə artaraq 1 milyon 442 min manat, maliyyə xərcləri isə 5,5 dəfə artaraq 760 min manat təşkil edib.
Şirkət 27,8 min manat mənfəət vergisi ödənişindən sonra keçən ili 1 milyon 806 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2021-ci ili 298 min manat xalis mənfəət ilə bağlamışdı.
"Azesteelcompany" ASC-nin 2022-ci ildə aktivləri 20 milyon 393 min manat təşkil edib. Akitvlər son bir ildə 6 milyon 125 min manat (12,9%) artıb.
Ticarət debitor borcları 4 milyon 148 min manat, verilmiş borclar isə 2 milyon 841 min manat olub. Debitor borcları son bir ildə 7,9 dəfə, verilmiş borclar isə 6,3 dəfə artıb.
Şirkətin öhdəlikləri 12 milyon 188 min manat təşkil edib. Öhdəliklər son bir ildə 5 milyon 431 min manat (79,2%) artıb.
Kapitalın həcmi isə 8 milyon 105 min manat olub. Bu da illik müqayisədə 694,2 min manat (9,4%) çoxdur.
Nizamnamə kapitalı dəyişməyərək 8 milyon 354 min 900 manat olaraq qalıb.
Yığılmış zərərin həcmi 2 milyon 944 min manata yaxın olub. Bu zərər də illik fərqlə 2,6 dəfə artıb.