2023-cü ilin yanvar-avqust aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 16,6 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 6-cı yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 33,9 milyon dollar və ya 67,1% (3 dəfə) azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 50,5 milyon dollar dəyərində məhsul ixrac edib.