"Azərmaş Group" 2025-ci ilin I yarımili ilə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, satış gəlirləri 2025-ci ilin I yarımili üzrə 36 milyon 255 min manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 481 min manat (83,3%) artımdır.
Satışların maya dəyəri 27 milyon 779 min manat olub. Bu, əvvəlki dövrlə müqayisədə 14 milyon 205 min manat və ya təxminən 2 dəfə çoxdur.
Nəticədə Ümumi mənfəət 8 milyon 476 min manata bərabər olub. Ümumi mənfəətin həcmində, illik 2 milyon 275 min manat (36,7%) artım qeydə alınıb.
İnzibati xərclər 668,7 min manat təşkil edərək, il ərzində 177,4 min manat (36%) artıb.
Satış və paylaşdırma xərcləri isə 916,5 min manat təşkil edib. Bu, əvvəlki dövrlə müqayisədə 503,5 min manat (35,4%) azalma deməkdir.
Əməliyyat mənfəəti 6 milyon 891 min manata yüksəlib. Bu, illik 2 milyon 602 min manat (60,7%) artım deməkdir.
Maliyyə xərci 51 min manat təşkil edərək, 23,4 min manat (84,4%) artıb.
Məzənnə fərqi üzrə xalis zərər 152,5 min manata bərabər olub. Bu da 6,7 min manat (4,6%) artım deməkdir.
Digər gəlirlər əhəmiyyətli artım göstərərək 541 min 114 manat təşkil edib. Bu, 2024-cü ilin 84,7 min manatlıq göstəricisindən 456,4 min manat və ya təxminən 6,4 dəfə artımdır.
Digər xərclər 611,7 min manata yüksələrək, 460 min manat və ya təxminən 4 dəfə artıb.
Mənfəət vergisindən əvvəl mənfəət 6 milyon 617 min manata yüksəlib. Bu, əvvəlki dövrün 4 milyon 49 min manatlıq göstəricisindən 2 milyon 568 min manat (63,4%) artımdır.
Mənfəət vergisi xərci 557,4 min manat təşkil edib, il ərzində 252,3 min manat (31,2%) azalıb.
Nəticədə, "Azərmaş Group"un il üzrə xalis mənfəət 6 milyon 59 min manat olub. Bu da illik 2 milyon 820 min manat artımdır.
Şirkətin cəmi aktivləri 2025-ci ilin I yarımili üzrə 62 milyon 907 min manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü (39 milyon 787 min manat) ilə müqayisədə 23 milyon 120 min manat (58,1%) artımdır.
Cəmi uzunmüddətli aktivlər 724 min manat olub. Bu, illik müqayisə ilə 466 min manat və ya təxminən 2,8 dəfə artımdır.
Əmlak və avadanlıqlar 64 min manat təşkil edib. Bu ötən ilin I yarısına nəzərən 12 min manat (15,8%) azalma deməkdir.
İstifadə hüququ olan aktivlər 603 min manata bərabər olub. Bu, illik 481 min manat və ya təxminən 4,9 dəfə artımdır.
Təxirə salınmış mənfəət vergisi aktivi 58 min manat təşkil edərək, 3 min manat (4,3%) azalıb.
Cəmi cari aktivlər isə 62 milyon 183 min manata yüksəlib. Bu, illik 22 milyon 654 min manat (57,2%) artımdır.
Pul vəsaitləri və onların ekvivalentləri 141 min manat təşkil edib. Bu, illik 130 min manat və ya təxminən 13,4 dəfə artım deməkdir.
Debitor borcları 33 milyon 889 min manata bərabər olmalıdır. İllik 25 milyon 245 min manat və ya təxminən 3,9 dəfə artım qeydə alınıb.
Mal-material ehtiyatları 15 milyon 473 min manat olub. Bu, əvvəlki dövrlə müqayisədə 1 milyon 507 min manat (10,8%) çxodur.
Təchizatçılara ödənilmiş avans ödənişləri 6 milyon 958 min manat təşkil edərək, 5 milyon 383 min manat (43,6%) azalıb.
Verilmiş borc vəsaitləri 1 milyon 61 min manat (29,8%) artaraq 4 milyon 597 min manata yüksəlib.
Digər cari aktivlər 1 milyon 125 min manat təşkil edib. Bu da illik 94 min manat (9,1%) artıma bərabərdr.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 40 milyon 475 min manat təşkil edib. Bu, 2024-cü ilin yarısına nəzərəm 10 milyon 964 min manat (37,2%) artımdır.
Cəmi uzunmüddətli öhdəliklər 441 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bu tip öhdəliklər olmayıb.
İcarə öhdəliyi 441 min manat təşkil edib.
Cəmi cari öhdəliklər isə 40 milyon 35 min manata bərabər olub. Son bir il ərzində 10 milyon 524 min manat (35,7%) artım qeydə alınıb.
Kreditor borcları və digər ödəniləcək vəsaitlər 15 milyon 740 min manata bərabər olub. Bu, 11 milyon 345 min manat və ya təxminən 3,6 dəfə çoxdur.
İcarə öhdəliyi 211 min manat təşkil edib. 2024-cü ildə bu tip öhdəliklər olmayıb.
Müştərilərdən alınmış avanslar 4 milyon 431 min manat və ya təxminən 4 dəfə artaraq 5 milyon 900 min manata çatıb.
Cəlb edilmiş borc vəsaitləri 5 milyon 213 min manat (22,8%) azalaraq 17 milyon 623 min manata düşüb.
Vergi üzrə öhdəliklər 557 min manat təşkil edərək, 252 min manat (31,2%) azalıb.
Səhmdara ödəniləcək digər vəsaitlər 3 min manat səviyyəsində dəyişməz qalıb.
Şirkətin cəmi kapitalı 22 milyon 432 min manata bərabər olub. Bu, illik 12 milyon 156 min manat və ya təxminən 2,2 dəfə artımdır.
Nizamnamə kapitalı 3 milyon manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülməmiş mənfəət 12 milyon 156 min manat (167,1%) və ya təxminən 2,7 dəfə artaraq 19 milyon 432 min manata yüksəlib.













