Azərbaycanda avtomobil istehsalçısı “Azərmaş Group” MMC ümumi həcmi 10 milyon manat olan istiqrazlar buraxır.
FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri hər birinin nominal dəyəri 1000 manat olan 10 000 ədəd, təmin edilməmiş sənədsiz, faizli, adlı istiqrazlardan gedir. Əlavə olaraq bu istiqrazlarının nominal dəyərinin 60% faizi üzrə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” tərəfindən zəmanət verilib. İstiqrazların illik gəlirliliyi 13 faizdir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə hər təqvim ayından bir ödənilir.
Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcək.
Emissiyadan əldə olunan vəsait 10 000 000 manat kredit portfelinin artırılmasına və mənfəətin əldə edilməsinden ibarətdir.
Anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti"dir.











