2023-cü ilin yanvar-oktyabr aylarında "Azəripək" MMC 1,8 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azəripək" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 8-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,5 milyon dollar və ya 38,5% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "Azəripək" MMC 1,3 milyon dollar dəyərində məhsul ixrac edib.