2023-cü ilin yanvar-oktyabr aylarında Azərpambıq Aqrar Sənaye Kompelsi 17,9 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən Azərpambıq Aqrar Sənaye Kompelsi qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 6-cı yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 32,6 milyon dollar və ya 2,8 dəfə azdır.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində Azərpambıq Aqrar Sənaye Kompelsi 50,5 milyon dollar dəyərində məhsul ixrac edib.