"Azərbaycan Sənaye Sığorta" şirkəti 2025-ci ilin III rübünə olan dövrə dair biznes əməliyyatlarının ümumi nəticələrini açıqlayıb.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 20 milyon 968 min manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü (18 milyon 976 min manat) ilə müqayisədə 1 milyon 992 min manat (10,5%) artım deməkdir.
Əsas əməliyyat gəlirləri 24 milyon 957 min manata bərabər olub ki, nəticədə, ötən illə müqayisədə 5 milyon 527 min manat (28,5%) artıb.
İnvestisiya gəlirləri 1 milyon 574 min manat olub, 2024-cü ilin 3-cü rübü ilə müqayisədə 337 min manat (27,3%) artım baş verib.
Subroqasiya gəlirləri 315 min manata bərabər olub, digər gəlirlər isə 46 min manat təşkil edib.
Şirkətin ümumi xərcləri 22 milyon 499 min manata bərabər olub. Bu, 2024-cü ilin müvafiq dövrü (16 milyon 960 min manat) ilə müqayisədə 5 milyon 539 min manat (32,7%) artım deməkdir.
Əsas əməliyyat xərcləri 12 milyon 987 min manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 525 min manat (24,1%) artım qeydə alınıb..
İşlərin aparılması xərcləri isə 3 milyon 203 min manat (49,3%) artaraq 9 milyon 512 min manata yüksəlib.











