“Azərbaycan Sənaye Sığorta” ilk 10 ayda 27 milyon 774 min manat sığorta haqqı toplayıb.
Şirkətin yığımları illik müqayisədə 6 milyon 428 min manat (30%) artıb.
Ötən il yığımlar 21 milyon 346 min manat idi.
Ödənişlər də 1 milyon 952 min manat (22,6%) artaraq 10 milyon 569 min manat olub.
Ötən il ödənişlər 8 milyon 617 min manat olmuşdu.
Şirkətin ödəniş-yığım nisbətində azalma müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 38,1% təşkil edib. Ötən ilin müvafiq dövründə isə - 40,4%-ə bərabər olub..












