"Azərbaycan Sənaye Sığorta" şirkəti 2025-ci ilin III rübünə olan investisiya portfeli barədə məlumatı açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə şirkətin cəmi investisiyaları 29 milyon 425 min manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü (25 milyon 613 min manat) ilə müqayisədə 3 milyon 812 min manat (14,9%) artım deməkdir.
İstiqrazlara qoyulan investisiyalar 2 milyon 510 min manat (14,5%) artaraq 19 milyon 860 min manata yüksəlib.
Bu artım tamamilə dövlət istiqrazları hesabına baş verib. Dövlət istiqrazlarına yatırılan vəsait 19 milyon 860 min manat təşkil edib ki, bu da 2 milyon 510 min manat (14,5%) artım deməkdir.
Depozitlər 9 milyon 200 min manata bərabər olub, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 250 min manat (15,7%) artım baş verib.
Digər investisiyalar 365 min manat təşkil edib, nəticədə 52 min manatlıq (16,6%) artım baş verib.










