2023-cü ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC 1,2 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Azərbaycan Dəmir Yolları" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 8-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 0,6 milyon dollar 2 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Azərbaycan Dəmir Yolları" QSC 0,6 milyon dollar dəyərində məhsul ixrac edib.