Azərbaycanda qapı, pəncərə və digər profillər hazırlanması ilə məşğul olan “Pano” ASC 2023-cü ili 390 min manat zərərlə başa vurub.
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
022-ci ildə ASC-nin zərəri 582 min manat olub ki, bu da illik müqayisədə zərərin 191 min manat və ya 33% azalması deməkdir.
Ötən il “Pano” ASC-nin ümumi gəlirləri 267 min manat, cəmi xərcləri 657 min manat təşkil edib.
Hesabat dövründə “Pano” ASC-nin cəmi aktivləri 6 milyon 848 min manatdan 7 milyon 153 min manata çatıb.
Aktivlər son bir il ərzində 305 min manat və ya 4,5% artıb.