2023-cü ilin yanvar-avqust aylarında "Almeyvə" MMC 18,9 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Almeyvə" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində sonuncu yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 6,2 milyon dollar 24,7% azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Almeyvə" MMC 25,1 milyon dollar dəyərində məhsul ixrac edib.