2023-cü ilin yanvar-avqust aylarında "P-Aqro" MMC 28,1 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "P-Aqro" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 7-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6 milyon dollar 6 % artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "P-Aqro" MMC 26,5 milyon dollar dəyərində məhsul ixrac edib.