Ötən il Azərbaycana Qazaxıstandan fiziki şəxslərin pul köçürmələrinin həcmi 23 milyon 70 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 7 milyon 513 min ABŞ dolları və ya 24,6% azalıb.
Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycana Qazaxıstandan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 30 milyon 583 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Qazaxıstana payı 2,1% təşkil edib. 2023-cü ildə isə bu göstərici 1,8% idi.