Ötən il Azərbaycana Qətərdən fiziki şəxslərin pul köçürmələrinin həcmi 12 milyon 510 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 4 milyon 674 min ABŞ dolları və ya 59,6% artıb.
Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycana Qətərdən köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 7 milyon 836 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Qətərin payı 1,2% təşkil edib. 2023-cü ildə isə bu göstərici 0,5% idi.