Xarici yeraltı, yerüstü qaz kəmərlərinin və üzərindəki qaz avadanlıqlarının, texnoloji (qaz, su, telefon, kanalizasiya) quyularının qabaqcıl vasitələrlə texniki baxışının keçirilməsi, sazlama və təmir işlərinin yerinə yetirilməsini həyata keçirən "Təmiz Qaz" ASC 2024-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri ötən 34,1 milyon manat təşkil edib. Bu, 2023-cü ilə nisbətən 5,2 milyon manat (13,3%) azdır.
Satışın maya dəyəri 2,3 milyon manata enib. Bu da illik müqayisədə 335,2 min manat (12,7%) azalmadır.
Nəticədə şirkətin ümumi mənfəəti 31,8 milyon manata enib. Bu da son bir il ərzində 4,9 milyon manat (13,3%) azalmanın baş verməsi deməkdir.
Sair əməliyyat gəlirləri 187,3 min manat təşkil edib 121,3 min manat (2,8 dəfə) artıb.
İnzibati xərclər 19,3 milyon manata enib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 2,5 milyon manat (11,4%) azdır.
Bu amillərin birgə təsiri ilə əməliyyat mənfəəti 12,5 milyon manat olub. Nəticədə, 2,5 milyon manat (16,5%) azalma qeydə alınıb.
Hesabat dövründə ASC-nin maliyyə mənfəəti 6,5 min manat təşkil edib. Bu da 2023-cüildəki mənfəətdən 3,7 min manat (36,3%) azdır.
Şirkətin vergidən əvvəlki mənfəəti 12,5 milyon manat, mənfəət vergisi isə 2,5 milyon manat təşkil edib.
Bölüşdürülməmiş mənfəət hesabına xərclər 111,6 min manat olub.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 9 milyon 876 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 2 milyon 85 min manat və ya 17,4% azdır.
Şirkətin cəmi əməliyyat xərcləri 21,8 milyon manat olub. İllik müqayisədə bu xərclərdə 2,6 milyon manat (10,8%) azalma qeydə alınıb
İşçi heyəti üzrə xərclər 13,5 milyon manat təşkil edərək cüzi (317 min manat) azalıb.
Amortizasiya xərcləri 817,8 min manat olub. Bu isə illik 221,6 min manat (21,3%) azalma deməkdir
Digər əməliyyat xərcləri isə 7,5 milyon manata enərək 2,1 milyon manat (21,9%) azalıb.
"Təmiz Qaz" ASC ötən ilin sonunda 10,1 milyon manat cəmi aktivlərə malik olub.Aktivlər 2023-cü ilin sonu ilə müqayisədə 1,4 milyon manat (12,1%) kiçilib.
Cəmi uzunmüddətli aktivlər 2,7 milyon manat olub. Bu da illik 680,9 min manat (20,1%) azalmadır.
Ən kəskin dəyişiklik qeyri-maddi aktivlərdə baş verib. Bu aktivlər 2,6 milyon manata bərabər olub. İl ərzində bu aktivlər 2,5 milyon manat (29,1 dəfə) artıb.
Torpaq, tikili və avadanlıqlar isə 76,7 min manata enərək 3,2 milyon manat (43,1 dəfə) azalıb.
Cəmi qısamüddətli aktivlər isə 7,4 milyon manat təşkil edib. Bu, illik 703,9 min manat (8,7%) azalmadır.
Ehtiyatlar 140 min manat (10,1%) artımla 1,5 milyon manata yüksəlib.
Debitor borcları 5,0 milyon manat təşkil edərək 2,8 milyon manat (35,4%) azalıb.
Pul vəsaitləri isə 457,4 min manat olub. Bu isə illik 947,0 min manat (2,1 dəfə) azalmadır.
Sair qısamüddətli aktivlər 396 min manat olub ki, bu da illik 111,5 min manat (39,2%) artımdır.
Cəmi öhdəliklər 1,6 milyon manat təşkil edib. Bu da illik 625,2 min manat (28,6%) azalma deməkdir.
Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.
Vergi və sair məcburi ödənişlər 325,9 min manata enərək 749,6 min manat (2,3 dəfə) azalıb.
Kreditor borcları 262,7 min manata enərək 72,4 min manat (21,6%) azalıb.
Sair qısamüddətli öhdəliklər isə 1,0 milyon manat olub ki, bu da illik 258,0 min manat (33,0%) artımdır.
Cəmi kapital 8,5 milyon manat olub. Bu isə son bir ildə 759,5 min manat (8,2%) azalmadır.
Nizamnamə kapitalı 2,0 min manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülmüş mənfəət isə 759,5 min manat (8,2%) azalaraq 8,5 milyon manata düşüb.