Qarabağ Dirçəliş Fondu 2023-cü ili 240,6 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 102,2 29,8 % azdır.
Ötən il Qarabağ Dirçəliş Fondunun ianələrdən gəlirləri 206,5 milyon manat , maliyyə gəlirləri 47,2 milyon manat, ümumi, inzibati və sair əməliyyat xərcləri 3,6 milyon manat), dəyərsizləşmədən zərəri 397 min manat , maliyyə gəliri 293 min manat, mənfəət vergisi ödəmələri isə 9,397 milyon manat təşkil edib.
İllik müqayisə ilə ianələrdən gəlirləri 108 cmilyon manat (34,3%), ümumi mənfəəti isə 95,4 milyon manat (27,3%) azalıb , ümumi, inzibati və sair əməliyyat xərcləri 0,9 milyon manat (33,3%), mənfəət vergisi ödəmələri isə 2,6 milyon manat (38%) arıb.
Fondun əməliyyat mənfəəti isə 100,2 milyon manat (28,6%) azalaraq 249,7 milyon manata düşüb.
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondu1 milyard 477,1 milyon manat aktivlərə malik olub. Bu da illik müqayisədə 239 milyon manat və ya 19,3 % çoxdur.
Hesabat dövründə Fondun öhdəlikləri 1 milyard 611,8 milyon manat və ya 27 % azalaraq 4,4 milyon manata düşüb.
Balans kapitalı isə 510,5 milyon manat və ya 19,5 % artım baş verib1 milyard 472,7 milyon manata çatıb.