“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2019-cu ili 842,5 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: Mənfəətini 3 qat artırıb, kreditini bağlayıb – ŞİRKƏT HESABATI
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 66,4% və ya 336,2 min manat çoxdur.
Ötən il şirkətin faiz gəlirləri 499,5 min manat (8,9 dəfə və ya 310,2 min manat), faiz xərcləri 245,5 min manat, qeyri faiz gəlirləri 1 milyon 257,9 min manat(64,5% və ya 493,1 min manat artım), qeyri faiz xəcləri 429,3 min manat (2,4 dəfə və ya 250 min mnata artım) olub.
Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 1 milyon 71 min manat (əvvəlki ilə nisbətən 69,7% çox), mənfəət vergisi ödəmələri isə 228 min manat (82,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 12 milyon 10 min manat olub ki, bu da illik müqayisədə 4,6 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 8,9 dəfə artaraq 9 milyon 501 min manata, balans kapitalı isə 64,3% artaraq 2 milyon 509 min manata çatıb.