"Mörtel" QSC 2024-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin gəlirləri 2024-cü ildə 9 milyon 399,4 min manat təşkil edib. Bu, 2023-cü ilin 8 milyon 577,6 min manatlıq göstəricisi ilə müqayisədə 821,8 min manat (9,6%) artımdır.
Satışların maya dəyəri 2024-cü ildə 6 milyon 881,9 min manat olub. Bu, illik müqayisədə 1 milyon 655,7 min manat (31,7%) çoxdur.
Xalis mənfəət 2 milyon 517,5 min manata enib. Bu, 2023-cü ilə nəzərən 834 min manat (24,9%) azalmadır.
İnzibati xərclər 91,8 min manat (4,1%) azalaraq 2 milyon 129,9 min manata düşüb.
Əməliyyat gəliri 387,5 min manata bərabər olub. Bu, 2023-cü ilin 1 milyon 129,7 min manatlıq göstəricisindən 742,2 min manat (65,7%) və ya təxminən 2,9 dəfə azalmadır.
Vergidən əvvəlki mənfəət də əməliyyat gəliri ilə eyni olaraq 387,5 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 742,2 min manat (65,7%) və ya təxminən 2,9 dəfə azalmadır.
Mənfəət vergisi xərci 95,3 min manat olub. Bu, son bir illə müqayisədə 200,3 min manatvə ya təxminən 3,1 dəfə azdır.
Nəticədə, "Mörtel" QSC 2024-cü ili 292,3 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin 834,1 min manatlıq xalis mənfəətindən 541,8 min manat (65%) və ya təxminən 2,9 dəfə daha azdır.
Digər məcmu gəlirlər hissəsində dəyişiklik olmayıb. İl üzrə cəmi məcmu gəlir 292,3 min manat təşkil edib ki, bu da xalis mənfəət göstəricisinə uyğundur.
Şirkətin cəmi aktivləri 2024-cü il üzrə 3 milyon 629 min manat təşkil edib. Bu, əvvəlki ilin sonu (3 milyon 836 min manat) ilə müqayisədə 207 min manat (5,4%) azalmadır.
Cəmi uzunmüddətli aktivlər 471,9 min manat təşkil edərək, 52 min manat (9,9%) azalıb.
Əsas vəsaitlər 445,4 min manat olub, illik 51,7 min manat (10,4%) azalma qeydə alınıb.
Qeyri-maddi aktivlər 18,4 min manat təşkil edərək, 2,7 min manat (12,8%) azalıb.
Sair uzunmüddətli aktivlər 8,1 min manat bərabər olmaqla, il ərzində 2,4 min manat (41,4%) artıb.
Cəmi qısamüddətli aktivlər isə 3 milyon 157,1 min manata bərabər olub. İllik 155,1 min manat (4,7%) azalma qeydə alınıb.
Mal-material ehtiyatları 530,6 min manat təşkil edərək, 214,6 min manat (67,9%) = artıb.
Ticarət və digər debitor borclar 36,2 min manat (8,1%) azalmaqla 408,6 min manata enib
Ödənilmiş avanslar 1 milyon 460,6 min manata düşüb, bu da 878,6 min manat (37,1%) azalma deməkdir.
Pul və pul vəsaitlərinin ekvivalentləri 219,6 min manat və ya təxminən 2,5 dəfə artaraq 367,3 min manata yüksəlib.
Digər cari aktivlər 390,0 min manat təşkil edərək, 262,8 min manat və ya təxminən 3 dəfə artıb.
Hesabat ilində "Mörtel" QSC-nin cəmi kapitalı 713,5 min manat təşkil edib. Bu, illik 1 milyon 137,4 min manat (61,3%) və ya təxminən 2,6 dəfə azalmadır.
Nizamnamə kapitalı 50 min manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülməmiş mənfəət 663,5 min manata enib ki, bu da əvvəlki ilin 1 milyon 800,5 min manatlıq göstəricisindən 1 milyon 137 min mana və ya 2,7 dəfə azalma deməkdir.
QSC-nin cəmi öhdəlikləri 2024-cü ildə 2 milyon 915,5 min manat təşkil edib. Bu, illik 930 min manat (46,9%) artımdır.
Uzunmüddətli öhdəliklər 20 manat səviyyəsində dəyişməz qalıb.
Qısamüddətli öhdəliklər 2 milyon 915,5 min manata yüksəlib. Bu, illik 930 min manat (46,9%) artımdır.
Ticarət və digər kreditor borclar 822,1 min manata bərabər olub. Nəicədə 379,2 min manat (85,6%) və ya təxminən 1,9 dəfə artım baş verib.
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 59,6 min manata bərabər olub. İllik 52,4 min manat (46,8%) azalma qeydə alınıb.
Alınmış avanslar 603,3 min manat (42,2%) artaraq 2 milyon 33,8 min manata yüksəlib.












