"BestComp Group" 2024-cü ilin yekunlarına dair konsolidə edilmiş mənfəət və ya zərər haqqında hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin əməliyyat gəlirləri 2024-cü ildə 194 milyon 28 min manat təşkil edib. Bu, 2023-cü ilin 206 milyon 790 min manatlıq göstəricisi ilə müqayisədə 12 milyon 762 min manat (6,2%) azalmadır.
Digər gəlirlər 1 milyon 493 min manat olub.İllik müqayisədə 1 milyon 451 min manat artım və ya təxminən 35,5 dəfə artım baş verib.
Cəmi gəlirlər 195 milyon 490 min manata enib ki, bu da illik 11 milyon 303 min manat (5,5%) azalmadır.
Əməliyyat xərcləri 136 milyon 223 min manat təşkil edib. İl ərzində 18 milyon 998 min manat (12,2%) azalma baş verib
Xalis əməliyyat gəlirləri 31 milyon 338 min 993 manat təşkil edib. Ötən ilin göstəricisi ilə müqayisədə 1 milyon 59 min manat (3,5%) artım baş verib.
Vergidən əvvəlki mənfəət 3 milyon 965 min manat (34%) azalaraq 7 milyon 691 min manata düşüb.
Manfəət vergisi 4 milyon 667 min manat olub. İllik 942 min 423 manat (25,3%) artım qeydə alınıb.
Nəticədə "Bestcomp Group" 2024-cü ili 26 milyon 553 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki ilin 26 milyon 520 min manatlıq göstəricisi ilə müqayisədə 33 min manat (0,1%) artıb.
AM səhmdarlarının payı 26 milyon 260 min manat olub ki, bu da 291 min manat (1,1%) azalmadır.
Ümumilikdə, BESTCOMP GROUP 2024-cü ildə əməliyyat gəlirlərində azalma və digər gəlirlərdə kəskin artım müşahidə edib. Nəticədə xalis mənfəətdə cüzi artım olsa da, vergidən əvvəlki mənfəətdə əhəmiyyətli azalma qeydə alınıb.
"Bestcomp Group" 2024-cü il üzrə 111 milyon 604 min manat cəmi aktivlərə malik ol. Bu, əvvəlki ilin sonu (82 milyon 120 min manat) ilə müqayisədə 29 milyon 483 min manat (35,9%) artımdır.
Nağd pul və pul ekvivalentləri 4 milyon 503 min manat (36%) artaraq 16 milyon 527 min manata yüksəlib.
Debitor borcları 19 milyon 35 min manat təşkil edib, illik 8 milyon 986 min manat (89,6%) artıb.
Ehtiyatlar 12 milyon 266 min manat (31,4%) artımla 51 milyon 654 min manata çatıb.
Əvvəlcədən ödənilmiş avanslar 2 milyon 756 min manata bərabər olub ki, illik 1 milyon 227 min manat (79,6%) artım qeydə alınıb.
Digər aktivlər 3 milyon 871 min manata bərabər olmaqla, 2 milyon 983 min manat və ya təxminən 4,4 dəfə artım baş verib.
Əsas vəsaitlər illik 2 milyon 213 min manat (27,7%) azalma ilə 5 milyon 764 min manata düşüb.
Qeyri-maddi aktivlər 532 min manat olub, illik 98 min manat (22,8%) artıb.
Birləşdirilmiş törəmə müəssisələrə və filiallara investisiyalar 1 milyon 533 min 779 manat təşkil edib ki, bu da 314 min manat (25,8%) artımdır.
Digər uzunmüddətli aktivlər 10 milyon 756 min manat təşkil edib. İl ərzində 7 milyon 473 min manat və ya təxminən 3,6 dəfə artım baş verib.
Hesabat ilində BESTCOMP GROUP-un cəmi kapitalı 32 milyon 543 min manat təşkil edib. Bu, illik 423 min manat (1,3%) artımdır.
Nizamnamə kapitalı 8 milyon 962 min manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülməmiş mənfəət 22 milyon 493 min manat təşkil edib ki, bu da əvvəlki ilin 22 milyon 366 min manatlıq göstəricisindən 127 min manat (0,6%) çoxdur.
Nəzarət etməyənlərin iştirak payı 87 min manat təşkil edib, illik 15 min manat (15%) azalma baş evrib
Cəmi öhdəliklər 80 milyon 408 min manata yüksəlib. Bu, son bir ildə 29 milyon 724 min manat (58,7%) və ya təxminən 1,7 dəfə artımdır.
Əvvəlcədən alınmış ödənişlər 9 milyon 816 min manat olub ki, bu da illik 1 milyon 93 min manat (12,5%) artımdır.
Kreditor borcları 28 milyon 138 min manat təşkil etməklə illik, 11 milyon 903 min manat (73,3%) artım baş verib.
Digər öhdəliklər 8 milyon 498 min manat təşkil edib, illik 7 milyon 992 min manat (1,6 dəfə) artıb.
Dövlət büdcəsinə (vergilər üzrə) 6 milyon 333 min manat təşkil edib ki, bu da 5 milyon 838 min manat (1,2 dəfə) artımdır.
Təsisçilərlə hesablaşmalar 0 manat səviyyəsində qalıb.
Bank kreditləri qısamüddətli 19 milyon 546 min manata enib, illik 2 milyon 800 min manat (12,6%) azalma baş verib.
Bank kreditləri uzunmüddətli 8 milyon 10 min manat təşkil edib.
Digər uzunmüddətli öhdəliklər 0 manat səviyyəsində qalıb.














