Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC 2019-cu il üzrə maliyyə hesabatın açıqlayıb.
Eləcə də bax: “Sumqayıt Kimya Sənaye Parkı”nın mənfəəti - 7,6 DƏFƏ AZALIB - HESABAT
FED.az xəbər verir ki, “MİDA”nın ötən il maliyyə gəlirləri 7 milyon 719,6 min manat (76,6% və ya 3 milyon 349 min manat artım), əməliyyat zərəri 2 milyon 373,2 min manat (3,9 dəfə və ya 1 milyon 765,3 min manat artım)olub.
Ötən il “MİDA” MMC-yə 1 milyon 500 min manat dövlət yardımı edilib. 2018-də bu göstərici 1 milyon 378,6 min manat olub. MMC-yə dövlət yardımı 8,8% və ya 121,4 min manat artıb.
2019-da “MİDA”nın ümumi və inzibati xərcləri 3 milyon 180 min manat (60,1% və ya 1 milyon 193,5 min manat artım) olub.
“MİDA” ötən il maliyyə və müqavilə aktivləri üzrə xalis dəyərsizləşməsinə görə 693,2 min manat zərər edib. Şirkətin həmçinin icarə öhdəliyi üzrə maliyyə xərci 2019-da 6,7 min manat olub.
Nəhayət, MMC-nin 2019-da vergidən öncəki mənfəət 5 milyon 339,7 min manat olub. Bu göstərici 2018-ci ildəkindən 41,9% və ya 1 milyon 577 min manat çoxdur.
Qeyd edək ki, 2018-ci ildə vergidən öncəki mənfəət 3 milyon 762,7 min manat olmuşdu.
Şirkət mənfəətdən vergi ödəmədiyi üçün bu ili 5 milyon 339,7 min manat xalis mənfəətlə başa vurub. 2018-ci ildə şirkətin xalis mənfəəti 3 milyon 14,8 min manat olmuşdu. Şirkətin xalis mənfəəti 77,1% və ya 3 milyon 324,9 min manat artıb.
2019-cu ilin sonuna olan hesbata görə, şirkətin cəmi aktivləri 205 milyon 434,5 min manat (97,9% və ya 101 milyon 608,5 manat artım) olub.
Cəmi aktivlərin kəskin artmasına ən çox təsir edən şirkətin borc qiymətli kağızlara investisiyalarıdır. Belə ki, 2019-cu ildə şirkətin borc qiymətli kağızlara investisiyaları 110 milyon 395,1 min manat olub. 2018-ci ildə borc qiymətli kağızlara investisiyalar olmayıb.
Şirkətin cəmi öhdəlikləri 34 milyon 582,5 min manat (110,2 dəfə və ya 34 milyon 268,8 min manat artım) olub.
“MİDA”nın ticarət və kreditor borcları kəskin artıb. Belə ki, bu göstərici 2019-cu ildə 34 milyon 438,7 min manat, 2018-ci ildə isə 2,5 min manat olub. “MİDA”nın ticarət və kreditor borcları 34 milyon 436,2 min manat və ya 13 831 dəfə artıb.
“MİDA”nın cəmi kapitalı 170 milyon 852 min manat (65,1% və ya 67 milyon 339,7 min manat artım) olub.
“MİDA” MMC-yə 2019-cu ildə dövlət büdcəsindən ayırmalar 62 milyon 497,5 min manat olub. Dövlət büdcəsindən ayırmalar 62 milyon manat və ya 125,6 dəfə artıb.
MMC-nin bölüşdürülməmiş mənfəəti 2019-da 8 milyon 354,5 min manat, 2018-də 3 milyon 15 min manat olub. Bölüşdürülməmiş mənfəət 2.8 dəfə və ya 5 milyon 339,7 min manat artıb.