"CTC Holdinq" ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətlər qrupu 2022-ci ili 4 milyon 611 min manat xalis zərər ilə başa vurub. 2021-ci ili 238 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə,"CTC Holdinq"in xalis zərəri 2022-ci ildə 2021-ci illə müqayisədə 19,4 dəfə artıb. Hesabat dövründə holdinq mənfəət vergisi ödəməyib.
, "CTC Holdinq"in gəlirləri 2021-ci illə müqayisədə, 2022-ci ildə 3 dəfədən çox azalaraq 505 min manata düşüb. Satışın maya dəyəri isə 3 milyon 95 min manat və ya 3,6 dəfə artaraq 4 milyon 284 min manat olub.
Bununla da şirkətlər qrupu 2021-ci ildə 386 min manat xalis əməliyyat gəliri əldə etsə də, 2022-ci ildə 3 milyon 779 min manat zərər edib.
Holdinqin əməliyyat zərəri 4 milyon 461 min manat və ya 29,1 dəfə artaraq 4 milyon 620 min manata yüksəlib.
"CTC Holdinq"in 2022-ci ildə 50 milyon 956 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 11 milyon 228 min manat və ya 28% artıb.
Şirkətin öhdəlikləri 55 milyon 844 min manat təşkil edib ki, bu da illik müqayisədə 15 milyon 839 min manat və ya 40% artım deməkdir.
Mənfiyə düşmüş balans kapitalı 4 milyon 611 min manat və ya 17,6 dəfə artaraq 4 milyon 888 min manata, yığılmış zərəri də 4 milyon 611min manat və ya 4,6 dəfə artaraq 5 milyon 888 min manata yüksəlib.