İpoteka və Kredit Zəmanəti Fondu 2025-ci ilin ilk 6 ayının maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, Fondun faiz gəlirləri 54,4 milyon manata çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 milyon manat (21,8%) artıb.
Bununla paralel olaraq, fəaliyyətin genişlənməsi fonunda faiz xərcləri də 7,7 milyon manat (28,4%) artımla 34,6 milyon manata yüksəlib.
Gəlirlərdəki kəskin artım xərclərdəki artımı üstələdiyi üçün, Fondun xalis faiz gəlirləri 19,9 milyon manata bərabər olub. Bu da illik 2,1 milyon manat (11,6%) artım deməkdir.
Qeyri-faiz əməliyyatları: gəlirlər artsa da, xərclər daha sürətlə böyüyüb
Fondun qeyri-faiz əməliyyatlarında fərqli dinamika müşahidə olunub:
Müsbət hal kimi, gözlənilən kredit zərəri 77,1 min manat (10,4%) azalma ilə 662,4 min manata düşüb.
Haqq və komissiya gəlirləri 597,7 min manata bərabər olub. Bu da son bir il ərzində 101,7 min manat (20,5%) artımdır.
Digər gəlirlər 859,9 min manata çataraq 85,7 min manat (11,1%) artıb.
Lakin bu müsbət dinamikanın fonunda, haqq və komissiya xərcləri 1,2 milyon manat olub. Bu da illik 519,7 min manat və ya 76,6% kimi kəskin bir artım deməkdir.
Nəticədə, bütün bu amillərin birgə təsiri ilə Fondun ümumi əməliyyat gəlirləri 19,5 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 1,8 milyon manat (10,3%) çoxdur..
İnsan resursları üzrə xərclər 4,4 milyon manat təşkil edib. Bu da 635,1 min manat (17%) çoxdur.
İnzibati və digər xərclər isə 2,4 milyon manat səviyyəsində, demək olar ki, dəyişməz qalıb.
Bütün bu gəlir və xərclərin yekununda, İpoteka və Kredit Zəmanət Fondunun vergidən əvvəlki mənfəəti 12,7 milyon manata bərabər olub. Bu da son bir il ərzində 1,2 milyon manat (10,1%) artım deməkdir.
İpoteka və Kredit Zəmanəti Fondu 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 12,7 milyon manat xalis mənfəət ilə başa vurub. Fond 2024-cü ilin eyni dövrünü 11,5 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,bu ilin 1-ci yarısında İpotela və Kredit Zəmanəti Fondunun xalis mənfəəti 1,2 milyon manat və ya 10% artıb.
Fondun cəmi aktivləri 3 milyard 674 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 586,6 milyon manat (19%) artım deməkdir.
Fondun ipoteka krediti portfeli 2 milyard 414 milyon manata yüksəlib. Bu, son bir il ərzində 246,3 milyon manat (11,4%) artım deməkdir.
Maliyyə icarəsi üzrə alacaq vəsaitlər 784,3 milyon manat təşkil edib. Bu, illik müqayisə ilə 324,1 milyon manat (70,4%) çoxdur.
Satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu 348,4 milyon manat olub. Bu da illik müqayisə ilə 31,9 milyon manat (10,1%) çoxdur.
Fondun amortizasiya olunmuş dəyərdə borc alətləri 96,7 milyon manat təşkil edib ki, bu da 20,9 milyon manat (27,7%) artımdır.
Banklarda yerləşdirilmiş depozitlər isə 993,5 min manat olub.
Hesabat dövründə Fondun pul vəsaitləri və onların ekvivalentləri 4 milyard 16 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,7 milyon manat (91,3%) azalmadır.
Fondun cəmi öhdəlikləri 2 milyard 391 milyon manata çatıb. İl ərzində öhdəliklərdə 475,9 milyon manat (24,9%) artım baş verib. Öhdəliklərin artımında əsas rolu buraxılmış qiymətli kağızlar oynayıb.
Buraxılmış qiymətli kağızlar üzrə öhdəlik 2 milyard 325 milyon manat təşkil edib. Bu da son bir ildə 444,1 milyon manat (23,6%) artım deməkdir.
Gələcək dövrlərin gəlirləri maddəsi isə 33,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,9 milyon manatlıq bir artımdır.
Fondun cəmi kapitalı 1 milyard 283 milyon manata bərabər olub. Bu, son bir il ərzində 110,7 milyon manat (9,4%) artımdır.
Kapitalın artımında əsas rolu nizamnamə kapitalı və dövlət ayırmaları oynayıb. Nizamnamə kapitalı 1 milyard 68 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk yarısına nəzərən 87,7 milyon manat (8,9%) çoxdur.
Kapital ehtiyatları 159,4 milyon manat olub. Bu ehtiyatlar illik 23,2 milyon manat (17,1%) böyüyüb.
Hesabat dövründə Fondun cari ilin mənfəəti isə 12,7 milyon manat təşkil edib.