İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayı açıqlanıb.
FED.az xəbər verir ki, icmal tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-oktyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2023-cü ilin yanvar-oktyabr aylarında "Azərenerji" ATSC-nin 347,3 milyon dollar dəyərində məhsul ixrac edib.
Hesabata əsasən "Azərenerji" ATSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 282,3 milyon dollar və ya 5,4 dəfə çoxdur.
"Socar Polymer" MMC 253,4 milyon dollar dəyərində məhsul ixrac edib.
Hesabata əsasən "Socar Polymer" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 89,6 milyon dollar və ya 54,7% çoxdur.
Ötən ayda "Azəralüminium" MMC 109,9 milyon dollar dəyərində məhsul ixrac edib. Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,5 milyon dollar və ya 5,6% azdır.
"AzerGold" QSC siyahıda beşinci yerdədir. Şirkət 85,2 milyon dollar dəyərində məhsul ixrac edib. Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,4 milyon dollar və ya 1,7% çoxdur.
Azərpambıq Aqrar Sənaye Kompelsinin ixrac gəlirləri 3 dəfəyədək azalıb. Belə ki, şirkət on ay ərzində Azərpambıq Aqrar Sənaye Kompelsi 17,9 milyon dollar dəyərində məhsul ixrac edib. İxrac gəlirləri ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 32,6 milyon dollar və ya 2,8 dəfə azdır.
8-ci yerdə "Azərpipək" MMC olub ki, bu şirkət gəlirlərini son bir ildə 0,5 milyon dollar və ya 38,5% çoxdur.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ixrac gəlirləri əvvəlki aylarla müqayisədə dəyişməyib, gəlirli 2 dəfə artıb.
Naxçıvan MR Dövlət Energetika Xidməti siyahıda sonuncu yerdə qərarlaşıb. Qurum xaricə 0,79 milyon dollar dəyərində məhsul ixrac edib. Gəlirlərini 2,6 dəfə artırıb.
Bu aylar üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “STP Global Cable” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, “Mors Trading” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC.
Şirinov Elvin Valeh oğlu xaricə 98,4 milyon dollar dəyərində məhsul ixrac edib. Şirinov Elvin Valeh oğlu qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 1-cu yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 64,7 milyon dollar 2,9 dəfə artıb.
"Baku Steel Company" QSC 58,7 milyon dollar dəyərində məhsul ixrac edib ki, şirkətin gəlirləri illik müqayisədə 22,4 milyon dollar 61,7% artıb.
"Best Logistik" MMC on ayda xaricə 37,4 milyon dollar dəyərində məhsul ixrac edib. Şirkət gəlirlərini ötən illik müqayisədə 31,4 milyon dollar 6,2 dəfə artıb.
"STP Global Cable xaricə " MMC 31,1 milyon dollar dəyərində məhsul ixrac edib. ki, şirkətin gəlirləri son bir ildə həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26,4 milyon dollar 6,6 dəfə artıb.
"My Fruit" MMC 30,1 milyon dollarlıq, "P-Aqro" MMC 28,7 milyon dollarlıq, Mors Tradding MMC 22,6 milyon dollarlıq, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC 20,7 milyon dollarlıq gəlir əldə edib. Lakin bu şirkətlərin hər birinin gəlirləri illik müqayisədə azalıb.