"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2022-ci ilin konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb.
FED.az qurumun hesabatına istinadən xəbər verir ki, ötən il “İçərişəhər”in əsas əməliyyat (satışdan) gəlirləri 3 milyon 592 min manat, satışının maya dəyəri 2 milyon 231 min manat, sair əməliyyat gəlirləri 9 milyon 372 min manat, sair əməliyyat xərcləri 10 milyon 438 min manat, mənfəət vergisi ödəmələri isə 191 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Əvvəlki illə müqayisədə əsas əməliyyat (satışdan) gəlirləri 2 milyon 38 min manat, yəni 2,3 dəfə, satışının maya dəyəri 77,8 % (975,3 min manat), sair əməliyyat gəlirləri 0,2 % (19,4 min manat) artıb, sair əməliyyat xərcləri 12,7 % (1 milyon 523 min manat) azalıb.
Qurumun əməliyyat mənfəəti 294,8 min manat olub. Ötən il isə 2,3 milyon manatlıq əməliyyat zərəri etmişdi.
Beləliklə“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2022-ci ili 104,2 min manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2021-ci ildən 2 milyon 312 min manat zərərlə çıxmışdı.
Bu il yanvarın 1-nə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”nin aktivləri 181 milyon 446 min manat olub ki, bu da illik müqayisədə 6 milyon 310 min manat və ya 3,6 % çoxdur. Hesabat dövründə İdarənin öhdəlikləri 50,8 dəfə (198,3 min manat) artaraq 203 min manata, balans kapitalı isə 3,5 % (6,1 milyon manat) artaraq 181 milyon 243 min manata çatıb.
Bölüşdürülməmiş zərərin həcmi də 16,5 dəfə artaraq 2 milyon manata yüksəlib.