“Az-Lead” MMC 2023-cü ilin 1-ci yarımilliyini 571 min ABŞ dolları həcmində xalis mənfəət əldə edib.
FED.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Az-Lead” MMC-nin satışdan gəlirləri 4 milyon 691 min dollar, satışların maya dəyəri 7 milyon 790 min dolları olub. Beləliklə şirkətin məcmu mənfəəti 901 min dollara yaxın olub.
Şirkət inzibati xərclərə 186,7 min dollar ayırıb. Satış və paylama xərcləri 103,4 min dollar, maliyyə xərcləri isə 8,7 min dollar təşkil edib.
Şirkət ilk yarım il ərzində 31 min 170 dollar mənfəət vergisi ödəyib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 5 milyon 88 min ABŞ dolları, cəmi kapitalı 2 milyon 887 min dollar, cəmi öhdəlikləri isə 2 milyon 200 min dollar təşkil edib.
Nizamnamə kapitalı 1 milyon 837 min dollar, bölüşdürülməmiş mənfəətin həcmi isə 571 min manata yaxın olub.
Qeyd edək ki, AZ-LEAD MMC 2014-cü ildə yaradılıb. Ərazisi 2500 m2 (qapalı) və 10 000 m2 açıq olan SUMQAYIT/AZƏRBAYCAN Sənaye Zonasında yerləşir. Azərbaycanda ildə 7200 MT istehsal gücünə malik akkumulyator tullantıları yeganə təkrar emalı zavodudur.