6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1 000 manat olan AZ2014022282 dövlət qeydiyyat nömrəli 2,5 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
“Ferrum Kapital” investorlardan 13%-lə borc alır - MƏBLƏĞ, HƏRRAC TARİXİ
Birjadan FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,5 milyon manat, yerləşdirilmiş həcmi də 2,5 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 06.07.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.