İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın dekabr sayı açıqlanıb.
FED.az jurnala istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində xaricə 379,3 milyon dollarlıq elektrik enerjisi, 143,1 milyon dollarlıq qızıl, 140,5 milyon dollarlıq pomidor, 111,1 milyon dollarlıq pomidor mahlıcı, 108,4 milyon dollarlıq meşə fındığı, 91,4 milyon dollarlıq xurma ixrac edilib.
Əvvəllki ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisindən gəlinlər 5,8 dəfə, meşə fındığı üzrə 15,7%, xurma ixracı isə 2,1% artıb. Lakin qızıl satışından gəlirlər 8,3%, pomidor satışından 6,8%, pambıq mahlıcından 31% azalıb.
Ötən ilin yanvar-noyabr ayları ərzində xaricə 64,9 milyon dollarlıq elektrik enerjisi, 156,1 milyon dollarlıq qızıl, 150,8 milyon dollarlıq pomidor, 161,1 milyon dollarlıq pomidor mahlıcı, 93,7 milyon dollarlıq meşə fındığı, 89,5 milyon dollarlıq xurma ixrac edilib.