“Şəmkir-Sərnişinnəqliyyat” ASC ötən ili 8 min 720 manat zərər ilə başa vurub.
FED.az bu barədə ASC-nin 2023-cü il üzrə gəlir və xərc hesabatına istinadən xəbər verir.
2023-cü ildə şirkətin əsas əməliyyat gəliri 163 min 160 manat, satışın maya dəyəri (istehsal xərci) 171 min 880 manat, sair əməliyyat gəliri 11 min 210 manat, inzibati xərcləri 4 min 883 manat, sair əməliyyat xərcləri 31 min 552 manat, əməliyyat zərəri isə 33 min 946 manat təşkil edib.
Xatırladaq ki, nəqliyyat şirkəti 2 oktyabr 2006-cı ildə yaradılıb.
Şirkət 163 min 842 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Elçin Bodurov Ələsgər oğludur.