Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2019-cu il hessbatını açıqlayıb.
Eləcə də bax: Azərbaycanın məşhur topdansatış şirkətinin – MƏNFƏƏTİ AZALIB
FED.az xəbər verir ki, komitənin gəlirləri 19 milyon 414 min manat (2018-ci illə müqayisədə 3,5 dəfə artım) təşkil edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlirlərinin 18 milyon 581 min manatı qeyri-birja (3,4 dəfə və ya 13 milyon manat artım), 745 min manatı birja (birjadan gəlir olmayıb), 88 min manatı isə sair əməliyyatlardan (46,6 dəfə və ya 86,2 min manat) əldə olunub.
2019-cu ildə komitənin xərcləri 18 milyon 230 min manat (2018-ci illə müqayisədə 3,2 dəfə artım) olub.
Xərclərin 2 milyon 769 min manatı əmək haqqı və dövlət sosial sığorta ayırmaları (83,4% və ya 1 milyon 259 min manat artım), 114,9 min manatı sərf edilmiş materialların dəyəri (25,3% və ya 23,2 min manat artım), 92 min manatı amortizasiya xərcləri (73,1% və ya 248,8 min manat azalma), 15 milyon 255 min manatı isə sair əməliyyat xərcləridir (4,1 dəfə və ya 11,5 milyon manat artım).
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2019-cu ili 1 milyon 183,6 min manat mənfəət əldə edib.
Qeyd edək ki, komitənin mənfəəti 2018-ci ildə 170,5 min manat zərərlə başa vurmuşdu.